Neftçalada evdən 20 minlik qızıl oğurlandı VİDEO


Digərləri 14 Avq 2018 20:56:00 257 0

Neftçalada evdən 20 minlik qızıl oğurlandı  VİDEO

Neftçalada ev qarət olunub. Mənzildən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğurluğu edən şəxslər çox keçməyib ki, yaxalanıb. Bərdədə isə evindən silah-sursat və narkotik tapılan şəxs tutulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Neftçala rayonun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov polis şöbəsinə müraciət edərək evindən 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər, Xolqaraqaşlı kənd sakini 18 yaşlı Murad Ələkbərov və Salyan şəhərində qeydiyatda olan 23 yaşlı Nuruş Əmənov saxlanılıb.

Bərdə də isə evindən silah-sursat tapılan şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini telman abbasovun evindən 70 qrama yaxın civə, narkotik vasitə olan marixuana, qaz tapançaları, ov tüfəngi və digər sursatlar aşkar edilib.

Əldə olunan silah sursatlar ekspertizaya göndərilərək hər hansı cinayətdə istifadə edilib edilmədiyini müəyən ediləcək. Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbərə aid video