Azərbaycanlı soyadını dəyişsə də ələ keçdi VİDEO


Dünya 14 Avq 2018 20:41:00 307 0

Azərbaycanlı soyadını dəyişsə də ələ keçdi  VİDEO

Barmaq izi götürləndən sonra Salehzadənin yeni bir cinayət işinin iştirakçısı olduğu məlum olub

Omskda 33 yaşlı Azərbaycan vətəndaşı həbs edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Əli Salehov uzun müddət təhlükəsizlik xidmətinin nəzarətində olub.

Polis tərəfindən saxlanılan Əli Salehovun iri etnik cinayətkar dəstə ilə əlaqəli olduğu ehtimal edilir.

Məlumata görə, Əli Salehov daha əvvəl Saxalində soyğunçuluğa görə həbs edilərək, 8 il müddətinə azadlıqdan məhrum edilibmiş. Bundan sonra Salehov ölkədən çıxarılıb. O Azərbaycanda soyadını dəyişib Salehzadə edib. Bu səbədən onun şəxsiyyətinin dəqiqləşdirilmsi üçün barmaq izi müayinəsi keçirilib.


Xəbərə aid video