Küçələrə vurulan elanlara kim cavabdehdir?


Digərləri 14 Avq 2018 20:38:00 245 0

Küçələrə vurulan elanlara kim cavabdehdir?

Şəhərin mərkəzi küçələrində dövlət idarələri, yaşayış binalarının divarlarına, hətta ağaclara belə, vurulmuş elanlara tez-tez rast gəlirik. Sonradan bu elanlar cırılır, yağışa və aşınmaya məruz qalır, yerləri isə divarlarda xoşagəlməz görüntü yaradır.

Maraqlıdır, bu kimi elanların vurulmasına hansı qurum nəzarət edir? Divarların səliqəsiz vəziyyətə salınmasına kim cavabdehdir?

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hüquqşünas Fərid Həmidlinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, elanların yapışdırılmasına nəzarət Mənzil Kommunal İstismar Sahələri (MKİS)tərəfindən həyata keçirilməlidir: "Bu qurumlar öz ərazilərinə nəzarət etməlidir. Hara və necə gəldi elanların yapışdırılmasının qarşısı alınmalıdır. ".

Azərbaycan Rеspublikasının Dövlət Reklam Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum bu kimi elanlara nəzarət etmir. Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) sahibkarların açıq məkanda kommersiya xarakteri daşıyan məlumatlarının (reklamların) hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.

Yəni hansısa sahibkarın açıq məkanda yerləşdirilmiş qeyri-kommersiya xarakterli elanlarına ("işçi tələb olunur", "nəqliyyat vasitəsini burada saxlamayın" və s.) nəzarət Dövlət Reklam Agentliyinin səlahiyyətləri xaricindədir: "Sahibkarın kommersiya fəaliyyəti ilə bağlı olan məlumatları isə ("endirim", "yeni kampaniya" və s.) qanunvericiliyə əsasən, reklam hesab edilir və onların açıq məkanda yerləşdirilməsinə görə Dövlət Agentliyindən rəsmi icazə alınmalıdır".