“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı


Digərləri 14 Avq 2018 18:38:00 271 0

“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

"Nar" korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ötən il olduğu kimi bu il də ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı.

Son.az bildirir ki, 14 avqust 2018-ci il tarixdə ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir modern.az saytı ilə birgə təşkil edildi. Mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə "Nar" operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün balans təqdim edildi.

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. "Nar" operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzuladı: "Gənclərimizin ildən-ilə göstərdikləri daha yüksək nəticələr bizi çox fərəhləndirir. Yüksək əzmkarlıq və çalışqanlıq kimi xüsusiyyətlər sayəsində əldə edilən bu nailiyyətə görə gənclərimizi təbrik etmək "Nar" olaraq bizim üçün də artıq xoş bir ənənəyə çevrilmişdir. Əminəm ki, bu, daha böyük uğurların başlanğıcıdır", - deyə Əziz Axundov qeyd etdi.


Xəbərə aid fotolar