Genuyada körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur


Dünya 14 Avq 2018 18:25:00 227 0

Genuyada körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur

İtaliyanın Genuya şəhərində körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur.

Son.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə deyib ki, həlak olan və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi ilə mütəmadi əlaqə yaradılır.

Qeyd edək ki, Genuyada körpünün bir hissəsinin dağılması nəticəsində 22 nəfər həlak olub, 13 nəfər yaralanıb.