Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən gənclər imtahanda yüksək nəticə göstəriblər


Digərləri 14 Avq 2018 17:17:00 263 0

Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən gənclər imtahanda yüksək nəticə göstəriblər

Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən daha dörd gənc uğurla imtahan verərək yüksək bal toplayıblar.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən daha dörd gənc – Xeyransa Rüstəmova (Neftçala rayonu), Emin Abbasov (Quba rayonu), Həbibə Ələkbərova (Gəncə şəhəri) və Elxan Qələndərov (Bakı şəhəri) ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticə göstəriblər. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, Xeyransa imtahanlarda 524 bal, Həbibə 461 bal, Emin 431 bal və Elxan 279 bal toplayıblar. Həmin gənclər vaxtaşırı olaraq mərkəzdə stasionar şəraitdə bərpa müalicə xidmətləri ilə təmin edilirlər. Mərkəzdə bərpa müalicəsi alan daha bir neçə gənc isə orta-ixtisas təhsili müəssisələrinin tələbələri sırasına qoşulub.