“Təhminə və Zaur” serialı çəkilir


Şou-biznes 14 Avq 2018 14:36:00 829 0

“Təhminə və Zaur” serialı çəkilir

Məşhur "Təhminə" filminin serialı çəkilir.

Son.az axşam.az-a istnadən xəbər verir ki, bu haqda xəbəri ekran işində rol alacaq aktyorlar yayıb. Artıq hazırlıqları tamamlanan serialın çəkilişi bir neçə günə başlayacaq. 

Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında çəkilən "Təhminə və Zaur"un rejissoru Sain Qəhrəmandır. Ekran işində Təhminə obrazını Natavan Ələkbərova, Zauru Cövdət Şükürov, Spartakı Cavidan Novruz canlandıracaq.

C.Novruz bikldirib ki, bu ekran işi üçün 19 kiloqram çəki atıb.

Cövdət isə "Fəxrəddin Manafovdan sonra Zaur obrazını canlandırmaq həm böyük məsuliyyət, həm də fəxrdir" sözlərini söyləyib.


Xəbərə aid fotolar