Daha bir həkim cinayət məsuliyyətinə cəlb edildi


Digərləri 14 Avq 2018 13:44:00 221 0

Daha bir həkim cinayət məsuliyyətinə cəlb edildi

Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin daha bir həkimi cinayət məsuliyyətinə cəlb edilib.

Son.az Report.az-a istinadən bildirir ki, həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova barəsində cinayət işi başlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə A.Məmmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçib.

Cinayət matereallarına əsasən, A.Məmmədova mərkəzdə yanğın törətmiş Məhəmməd Məmmədovun həkimi olub.

A.Məmmədov, mərkəzin direktoru Telman Məmmədhəsənov və digərlərinin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdırılaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 24-nə təyin edilib.