Azərbaycanda kişilərin evlənmə yaşı artıb


Digərləri 14 Avq 2018 13:00:00 218 0

Azərbaycanda kişilərin evlənmə yaşı artıb

Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, ümumilikdə son illər ərzində Azərbaycanda rəsmi nikaha ilk dəfə daxil olan həm qadın, həm də kişilər arasında orta nikah yaş həddi nisbətən artıb.

2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb.

2013-cü ildə kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub.