Dünyanın ən rahat şəhəri açıqlandı


Dünya 14 Avq 2018 12:56:00 188 0

Dünyanın ən rahat şəhəri açıqlandı

Dünyanın ən rahat şəhərlərinin yeni reytinqi açıqlanıb.

Son.az axar.az-a istinadən bildirir ki, yeni reytinqi "Ekonomist İntelliqens Unit" şirkəti hazırlayıb.

2018-ci ilin reytinq cədvəlində dünyanın ən rahat şəhəri statusuna Vyana layiq görülüb. Sonrakı yerlərdə Avstraliyanın Melburn və Yaponiyanın Osaka şəhərləri qərar tutub. Yeni reytinq cədvəlində ilk onluğa düşən şəhərlər bunlardır: Kalqari, Sidney, Vankuver, Tokio, Toronto, Kopenhagen və Adelaida.