Taliban yaraqlıları Əfqanıstanın şimal-qərbində hərbi bazanı ələ keçirib


Dünya 14 Avq 2018 12:25:33 253 0

Taliban yaraqlıları Əfqanıstanın şimal-qərbində hərbi bazanı ələ keçirib

​Hücum nəticəsində 17 hərbçi ölüb, 12-si yaralanıb

Əfqanıstanda "Taliban" hərəkatının yaraqlılarının ölkənin şimal-qərbində yerləşən hərbi bazaya hücumu nəticəsində azı 17 hərbçi ölüb, 12-si yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Fəryab vilayətində qeydə alınıb.

Hücum nəticəsində yaraqlılar "Chenayeeha" bazasını ələ keçirməyə müvəffəq olublar.