Türkiyədə dollar ucuzlaşdı


Digərləri 14 Avq 2018 12:06:00 193 0

Türkiyədə dollar ucuzlaşdı

Ötən gün dəyərinin daha 17 faizini itirəndən sonra Türkiyə lirəsi bu gün səhər saatlarından başlayan hərracda dollarla müqayisədə nisbi dəyər qazanmağa başlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hazırda 1 ABŞ dolları təqribən 6.62 TL səviyyəsindədir (Bakı vaxtı ilə saat 10.55-ə olan məlumat). Bu, dolların məzənnəsinin ötən günə nisbətən 3.37 faiz aşağı enməsi deməkdir.

Bundan bir gün əvvəl 1 ABŞ dolları 7 TL-dən baha satılırdı. Lakin belə görünür ki, Mərkəzi bankın dünən açıqladığı tədbirlər, banklara valyuta ilə borc limitinin artırılması ajiotajı qismən səngidib.