Qaradağ sakini maşını hasara vurdu, həyat yoldaşı öldü


Digərləri 14 Avq 2018 11:54:03 242 0

Qaradağ sakini maşını hasara vurdu, həyat yoldaşı öldü

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə onun sərnişini - həyat yoldaşı Elza Hüseynova hadisə yerində ölüb.