İt sahibinin nəvəsini xilas etdi


Digərləri 14 Avq 2018 11:32:00 303 0

İt sahibinin nəvəsini xilas etdi

Matias çoban iti cinsindən olan böyük köpəkdir. Sahibi kiçik, 6 yaşlı nəvəsini ona etibar edir. Matias da balaca Antuanetlə sanki dayə kimi davranır.

Son.az European-a istinadən bildirir ki, Fransanın Qüvil sür Mer şəhərində yaşayan balaca Antuanet dəniz sahilində valideynləri ilə birlikdə idi. Qız ata-anasından ayrılıb və dənizə girib.

Matias bunu görəndə Antuanetin yanına gedib.

Balaca qızın dalğaların qoynunda çarəsiz qaldığını düşünən Matias onu dartıb sahilə çıxarıb və acıqla baxaraq sanki tənbeh edib.


Xəbərə aid fotolar