Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır


Digərləri 14 Avq 2018 11:30:00 207 0

Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır

Bakı. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib. Nazir bildirib ki, qəbul olunmuş razılaşmalara əsasən bu görüş altı aydan gec olmayaraq keçirilməlidir. Onun sözlərinə görə, bu məsləhətləşmələr Konvensiyada göstərilən razılaşmaların reallaşdırılmasına həsr olunacaq. Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin