Ucarda 5 yaşayış məntəqəsini əhatə edən yol istifadəyə veriləcək (FOTO/VİDEO)


Digərləri 14 Avq 2018 11:27:25 202 0

Ucarda 5 yaşayış məntəqəsini əhatə edən yol istifadəyə veriləcək (FOTO/VİDEO)

Ucar rayonunda 35 mindən artıq əhalinin istifadəsi üçün nəzərdə tutulan kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir.

Bakı. Ucar rayonunda 35 mindən artıq əhalinin istifadəsi üçün nəzərdə tutulan kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə yaşayış məntəqələrini əhatə edir. Sözügedən yolun hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulması yekunlaşmaq üzrədir. Hərəkətin normal təşkili üçün 6 ədəd avtobus dayanacağı, 162 ədəd yol nişanı və 523 ədəd siqnal dirəyi quraşdırılaraq, həmçinin 93 km uzunluğunda xətlənmə işləri aparılaraq yolun yaxın aylarda vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.