Anar Nağılbaz ikinci dəfə evlənibmiş


Şou-biznes 14 Avq 2018 11:16:00 256 0

Anar Nağılbaz ikinci dəfə evlənibmiş

Xəstəlik səbəbilə həyatını itirən reper Anar Nağılbazın ikinci dəfə evlənməsi xəbəri bir neçə ay öncə yerli mediada yayımlanmışdı. Lakin onun dəfnində ikinci xanımının iştirak etməməsi reperin evliliyinin yalan olması ilə bağlı iddiaların ortaya çıxmasına səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər. verir ki, Nağılbazın anası Şərqiyyə Cəbiyevanın ikinci gəlini Aytən haqda açıqlamaları birmənalı qarşılanmamışdı. Sosial şəbəkə istifadəçiləri Cəbiyevanı yalan danışmaqda ittiham edərək, belə bir şəxsin olmaması barədə iddialar səsləndirmişdi.

Reperin nikah şəhadətnaməsi ortaya çıxıb. Belə ki, şəhadətnamədə Nağılbazın 25 yanvar 2018-ci il tarixində Aytən Həmidova ilə evləndiyi qeyd olunur.


Xəbərə aid foto