“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işə daha erkən başlayacaq


Digərləri 14 Avq 2018 10:48:00 285 0

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işə daha erkən başlayacaq

Çoxsaylı müraciətləri və aparılmış statistik təhlilləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə  20 avqust 2018-ci tarixindən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində xidmət daha erkən başlayacaq.

Son.az bildirir ki, müvafiq tarixdən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Yalnız "ASAN Kommunal" mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Eyni zamanda 108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək.  Mərkəz  bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.