Sosial şəbəkədə İŞİDi dəstəklədi, 5 il azadlıqdan məhrum edildi


Dünya 14 Avq 2018 08:58:00 250 0

Sosial şəbəkədə İŞİDi dəstəklədi, 5 il azadlıqdan məhrum edildi

Moskva Dairə Hərbi Məhkəməsi Oryol şəhər sakinini "Vkontakte" sosial şəbəkəsində terrorçuluğa haqq qazandırdığına görə, 5 il azadlıqdan məhrum edib.

"Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan ("İnternet" şəbəkəsindən istifadə etməklə terrorçuluğa aşkar haqq qazandırmaq) cinayəti törətməkdə müqəssir bilinib", - deyə Orlovski vilayət prokurorluğunun məlumatında bildirilir.

Son.az "Report"a istinadən bildirir ki, gənc oğlan sosial şəbəkədəki qruplardan birinin səhifəsinə İŞİD terror təşkilatına bəraət qazandıran mətn yerləşdirib.