"Heç kimin altına uzanmamışam" Təranə görün nəyini


Şou-biznes 14 Avq 2018 08:41:00 245 0

"Heç kimin altına uzanmamışam"  Təranə görün nəyini

Azərbaycanlı aktrisa Təranə Əliyeva ilginc qərarı ilə diqqətləri üzərinə çəkib. Son.az xəbər verir ki, istedadlı aktrisa sosial şəbəkə hesabından ali təhsil diplomlarını satışa çıxarıb. Təranə bu qərarını onun istedadına qiymət verilmədiyi ilə əlaqələndirib. Kino camiəsindən inciyən aktrisa, bu qəribə addımı ilə bağlı Son.az-a danışıb: "Son vaxtlar baxıram ki, maşallah, hamı kino çəkir, hamı serial çəkir. Amma çəkilənlərin 90 faizin tanıya bilmirəm. Ən azından aktyorluğu bitirənlərin çoxunu tanıyıram, amma bunları yox. Sən demə hamısı başqa sahələrin adamlarl, bəziləri orta təhsilli, bəzilərinin isə heç attestatı da yoxdur.

Məni rejissorların çoxu tanıyır, təbii ki, əsl rejissorlar, daha aqronomlar yox. Amma onların da heç biri dəvət etmir.

Çünki hamı robot kimi bir sistemlə işləyir. Bu sistem də ondan ibarətdir ki, yalnız dost, taniş, qohum, qonşu ya da ki borcu olduğu adamı çəkib, borcu "raşot" eləmək.

Nəticə də göz qabağındadır. Kinematoqrafiya deyil e, kolxozdu. Baki Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra, aktyorluğu da oxudum ki, aktrisa olanda mənə heç kim irad bildirməsin, dilim uzun olsun.


Xəbərə aid fotolar