ABŞ İranla dialoqa hazır olduğunu bəyan edib


Dünya 14 Avq 2018 08:48:00 223 0

ABŞ İranla dialoqa hazır olduğunu bəyan edib

Amerika administrasiyası İranın ali dini lideri Əli Xameneinin Vaşinqtonla danışıqların aparılması mümkünlüyünü faktiki olaraq istisna edən bəyanatına baxmayaraq, Tehran hökuməti ilə dialoqa hazırdır.

Son.az "Report"a istinadən bildirir ki, bunu bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi TASS-a ayətulla Xameneinin bəyanatını şərh edərkən deyib.