"Qarabağ" Çempionlar Liqasında cavab oyununa çıxacaq


Digərləri 14 Avq 2018 07:41:36 275 0

"Qarabağ" Çempionlar Liqasında cavab oyununa çıxacaq

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Bakı. Tural Turan - Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.Trend-in məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE komandası ilə üz-üzə gələcək. "Borisov Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.