V Zirvə toplantısında aparılan müzakirələr Xəzərin ekoloji sisteminin yaxşılaşmasına, ekoloji inkişafına imkan verəcək


Digərləri 14 Avq 2018 07:49:07 241 0

V Zirvə toplantısında aparılan müzakirələr Xəzərin ekoloji sisteminin yaxşılaşmasına, ekoloji inkişafına imkan verəcək

Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya çərçivəsində hazırda Xəzərdəki bioresurs ehtiyatlarının idarəolunması ilə bağlı yaranan problemlərin həlli üçün bəzi işlər aparılır.

Bakı. İlhamə İsabalayeva - Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya çərçivəsində hazırda Xəzərdəki bioresurs ehtiyatlarının idarəolunması ilə bağlı yaranan problemlərin həlli üçün bəzi işlər aparılır. Lakin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında aparılan müzakirələr bu problemlərin daha sürətli həllinə, Xəzərin ekoloji sisteminin yaxşılaşmasına, ekoloji inkişafına imkan verəcək” . Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. M.Axundovun sözlərinə görə, sammitdə dövlət başçılarının müzakirə etdiyi əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat sahəsi üzrə əməkdaşlıqla yanaşı, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq da olub. Direktor qeyd edib ki, son 15 il ərzində Xəzər dənizində ekosistem pisləşib, bioloji resursların ehtiyatı da getdikcə azalırdı.