BMT-nin baş katibi Xəzərin statusuna dair Konvensiyanı tarixi sənəd adlandırıb


Digərləri 14 Avq 2018 04:09:27 239 0

BMT-nin baş katibi Xəzərin statusuna dair Konvensiyanı tarixi sənəd adlandırıb

BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb

Bakı. BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb. Trend-in məlumatına görə, bu barədə onun bazar ertəsi kütləvi informasiya vasitələri tərəfindən yayılan bəyanatında deyilir.