Günün qoroskopu: başqasının əməllərinə görə məsuliyyət daşımayın


Digərləri 14 Avq 2018 00:01:00 316 0

Günün qoroskopu: başqasının əməllərinə görə məsuliyyət daşımayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

 Qoç - gözləntilərinizin sayını və səviyyəsini bir qədər azaldın. Diqqətə layiq olan işə başlayaraq çalışın. İnformasiyanın təhlili, təcrübənin artırılması, qısa səfərlər üçün əlverişli gündür. Cari məsələlərin həllinə yönəlmiş görüş keçirmək, sənəd və müqavilələrin hazırlanması ilə məşğul olmaq mümkündür.

Günün ikinci yarısında emosional fon stabil deyil. İşlə bağlı ünsiyyət artarsa, diqqəti əsas məsələlərə yönəldin, yaşananlara və insanlara subyektiv qiymət verməyin.

Axşam saatlarında söhbət zamanı həssas məqamlara toxunmayın.

Yaşam arealını qaydaya salın.

Buğa - cari situasiyada doğru istiqaməti müəyyənləşdirin. Perspektiv məsələləri seçin, fəaliyyətinizi müxtəlifləşdirin. Hər şansdan yararlanın. Çətin məsələləri həll edin, çoxdan bəri narazılığınıza səbəb olan yarımçıq işi başa vurun. İşdə kimə bel bağlaya biləcəyinizi müəyyənləşdirin.

Alış-veriş üçün əlverişli zamandır. Yaşam arealını yaxşılaşdırın. Ailə müzakirəsi keçirərək yaxın gələcəklə bağlı planları müzakirə etmək olar. Qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil.

Axşam saatlarında aktiv istirahətə üstünlük verin.

Əkizlər - yorulubsunuzsa və yetərincə istirahət etmirsinizsə, maraqlandığınız, bəyəndiyiniz işlə məşğul olun. Belədə işlərinizin effektivliyi arta bilər. Lakin yeni planları gerçəkləşdirmək istəyirsinizsə, tələbatla qarşılaşacağınızı bilin. Sizə yeni tapşırıq və sifarişlər vermək istəyənlər az deyil. Bəzən özünüzə və ətrafınızdakı insanlara "yox" deməyi bacarın. İşlər, onsuz da, çoxdursa, əlavə sifarişlərlə işlərdən imtina edin.

Günün ikinci yarısında impulsların təsiri altında çalışmayın, bəzi prosesləri dəqiq müəyyənləşdirin.

Cari hadisələrin leytmotivini bəlirləyin.

Axşam saatlarında işləri gərəkli istiqamətə yönəldin.

Xərçəng - eyni vaxtda bir neçə iş görməyə hazırlaşın. Poçt "yeşik"ləri, kabinetlər və telefon zənglərinin arasında vaxtınızı bölüşdürmək istəyirsinizsə, alınmayacaq. Hər işə gərəkli vaxtı ayırın. Əks təqdirdə, gərginlik və yorğunluq yaranacaq.

Usana bilərsiniz.

Əsəblərin tarıma çəkilməsi nə qədər paradoksal olsa da, həlli uzanan problemin optimal çözümünə təkan verə bilər.

Səfər, səyahət, romantik təmaslar, ümumi iş və ya maraq durğunluq vəziyyətindəki hisslərin bərpası ilə sonuclanacaq.

Şəxsi münasibətlər səviyyəsində nəyisə və ya kimisə dəyişmək istəyirsinizsə, alternativ aramağa tələsməyin.

Fikrinizi sonradan dəyişə bilərsiniz.

Şir - vurnuxma, problem və çətinliklərin az olmayacağı gündür. Yerinizdə olun, çağırışlara tez cavab verin. Reaksiyanız süst olmasın. Ehtiyac yaranarsa, sürətli qərar verin. Heç nəyi mürəkkəbləşdirməyin.

Günün ikinci yarısında yerdəyişmələrin sayı artacaq. Səylərinizin nəticələri yetərli deyil. Dövlət qurumlarının nümayəndələri ilə ünsiyyətdə hüquqlarınızı müdafiə edin. Amma bilin ki, bürokratik süründürmə və ya rüşvət tələbi ilə qarşılana bilərsiniz.

Axşam saatlarında sakit, passiv istirahəti seçin. Xəbərlərin çoxluğundan başağrısı yarana bilər. Ancaq yeni təəssüratlara ehtiyac hissiniz var.

Qız - təəssürat və xəbərlərin sürətlə dəyişməsinə rəğmən gün sizi sevindirəcək. Maddi məsələlərdə yaxşı perspektivlər var. Sadəcə, onları görərək dəyərləndirməyə çalışın. Ailədə mühüm müzakirə başlaya bilər.

Yeni imkanlar və planların sayının artması ənənəvi situasiyanı dəyişir, hadisələrin rutin axarını başqa məcraya yönəldir.

Etibar etdiyiniz, yaxınlarınıza müraciət edərək yardım istəyin. Ev işləri nəzərdə tutduğunuzdan da çox vaxt ala bilər.

"Axın"la hərəkət edərək gözləmə mövqeyi tutmaq istəyirsinizsə, yanlışlıqlardan qorunun.

Hədiyyə, gəlir, diqqət nişanələri, maraqlı xəbərlər istisna deyil.

Axşam saatlarında passiv olmayın. İmkan yaranan kimi işlə bağlı problemi həll edin.

Tərəzi - mütəhərrik, aktiv, ünsiyyətə meylli olun. Zərurət yaranarsa, alınan informasiyanı təhlil edin, rabitələrlə əlaqələri bərpa edin, məktublara cavab verin.