Türk lirəsinin ucuzlaşması turizmə də təsir edib VİDEO


Digərləri 13 Avq 2018 23:16:00 241 0

Türk lirəsinin ucuzlaşması turizmə də təsir edib  VİDEO

Son 1 həftədə türk lirəsinin dollara nisbətdə kəskin ucuzlaşması turizmə də təsirsiz ötüşməyib. 1 dolların 7 lirəyə bərabər olmasını fürsət bilib Türkiyəyə gedənlərin sayı xeyli artıb

Son.az bildirir ki, turizm üzrə mütəxəssis Elşəm Məmmədov deyir ki, son günlər Türkiyənin ənənəvi turistik zonalarına, yəni Antaliya və Bodruma yox, İstanbula gedənlərin sayın da artım var. Ekspertin fikirincə yerli turislərin İstanbulu seçməsinin başlıca səbəbi geyim paltarlarının əvvəlki günlərlə müqayisədə daha ucuza ala bilmələridir. Bundan əlavə Türkiyənin daxilində daxili səyahət üçün də əla imkan yaranıb.

Elşən Məmmədovun sözlərinə görə, lirənin ucuzlaşması hələ ki, avqust ayı üçün Antaliya və Bodruma olan turpaketlərə elə də təsir etməyib.Çünki buradakı otel yerləri dollar və avro ilə müştərilərə satılır. Buna baxmayaraq, sentyabr ayından etibarən bu kimi turistik zonalara olan turpaketlər də ucuzlaşacaq. Artıq bəzi otellər sentyabr ayı üçün kampaniyalı turpaket qiymətlərini açıqlayıblar.