Hər gün 2 yumurta yesəniz orqanizmdə nə baş verəcək?


Digərləri 13 Avq 2018 21:54:00 281 0

Hər gün 2 yumurta yesəniz orqanizmdə nə baş verəcək?

Niderland alimləri sübut edir ki, xüsusi əks-göstərişlər olmadığı halda gündə 2 yumurta yemək çox faydalıdır.

Belə ki, bu halda insan orqanizmi daha çox miqdarda xolin əldə edəcək. Xolin beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Həmçinin xolin maddəsi onkoloji xəstəliklərin riskini azaldır.  

Yumurta B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər saçlar, dəri və dırnaqların sağlamlığını qoruyur. Bundan əlavə B qrupu vitaminləri sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, yumurtanın istehlakı orqanizmdə xolesterinin səviyyəsini qaldırmır. Əksinə fosfatıd və Omeqa-3 yağlı turşularla zəngin olan yumurta ürək-damar sisteminin sağlamlığını qoruyur.