Avtovağzalda bilet tapılmır VİDEO


Digərləri 13 Avq 2018 21:15:00 263 0

Avtovağzalda bilet tapılmır  VİDEO

Paytaxtdan rayonlaraavtobuslarla gediş bilet lə həyata keçirilsə də əks istiqamətdə, habelə rayonların öz aralarında sərnişin daşımaları üçün bunu demək mümkün deyil. Bir sıra rayonlardaşəhərlər arası istiqamətlərdə ya bilet almaq əvəzinə ödənişlər yenə əvvəlki qaydada sürücülərənağd şəkildə həyata keçirilir.

Son.az bildirir ki, Tovuzdan ətraf rayon və şəhərlərə eyni zamanda paytaxta üz tutan sərnişinlər nəinki bilet, kassada adam belə tapa bilmədiklərini deyirlər.

Bakıya gedənlər də bilet tapmaqda çətinlik çəkirlər. Biletlə sərnişin daşımaq isə sürücülərə sərf etmir. Tovuzdan Şəmkirə, Gəncəyə, Mingəçevirə bilet qiymətləri ucuz olduğundan sürücülər biletsiz sərnişin daşıyırlar.

Avtovağzal rəsmisi isə bilet satışının əvvəlcədənmümkün olmadığını deyir. Bilet Gürcüstandan və Qazaxdan avtobuslar gələndə boş yerlərə uyğun satılır.

Bərdə avtovağzalında bənzər vəziyyət var. Sərnişinlər rayon və şəhərlərə getmək üçün pulu bir başa sürücüyə ödəyirlər. Bunu sürücülər də təsdiqləyir.