"Azəriqaz" abunəçilərinin sayını açıqladı


Digərləri 13 Avq 2018 19:59:00 290 0

"Azəriqaz" abunəçilərinin sayını açıqladı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 50 360 yeni abunəçi dövlət qeydiyyatına alınıb.

Son.az quruma istinadən xəbər verir ki, bunun 31 202-i Bakı, Abşeron və Sumqayıt, 19 158-i isə regionlar üzrədir.

Yeni abunəçilərin sayının artmasında abunəçi bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması rol oynayıb.