Azərbaycanda 7 ayda 27,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib


Digərləri 13 Avq 2018 19:19:00 220 0

Azərbaycanda 7 ayda 27,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib.

Son.az Trend-ə istinadən bildirir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb.

Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 22,1 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,3 faiz artıb, əmtəəlik qaz hasilatı isə 3,6 faiz azalıb.