Azərbaycana qayıdarkən pul qabını itirdi...


Digərləri 13 Avq 2018 17:39:00 259 0

Azərbaycana qayıdarkən pul qabını itirdi...

Antalya tətilinden sonra Azərbaycana qayıtmaq istəyən Elnur Seydiyev adlı şəxs çətin anlar yaşayıb.

Son.az yenicag.az-a istinadən bildirir ki, o, ölkəsinə dönən zaman pul qabını itirib. Çıxılmaz vəziyyətdə qalan Seydiyev ətrafdakılardan yol pulu almağa başlayıb.

Lakin çox keçməyib ki, Azərbaycan vətəndaşının pul qabı tapılıb.

Onun pul qabı tramvayda aşkarlanıb. Lakin pul qabını tapan şəxs onun içində Seydiyevin əlaqə nömrəsini aşkarlamayıb. Sevindirici haldır ki, Türkiyə vətəndaşı pul qabını polis bölməsinə təslim edib.