Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb


Digərləri 13 Avq 2018 17:01:00 285 0

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı 14 avqust saat 10:00-dək uzadılıb.

Bakı. İlhamə İsabalayeva - Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı 14 avqust saat 10:00-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, 13 avqust saat 16:55-ə olan məlumata görə 44558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.