Günəşə peyk buraxıldı –


Dünya 13 Avq 2018 15:06:00 255 0

Günəşə peyk buraxıldı –

ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromda "Delta IV Heavy" daşıyıcı raketi kosmosa göndərilib. Raket Günəş tacını tədqiq edəcək "Parker Solar Probe" kosmik peyk-zondunu orbitə çıxarıb.

Son.az ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) yaydığı məlumata istinadən bildirir ki, "United Launch Alliance" şirkətinə məxsus raketin yüksək elliptik orbitə çıxardığı peyk-zond kiçik avtomobil boydadır.

Bunun üçün dünyanın ən güclü raketinə əlavə, üçüncü pillə qoşulub.

Astrofizik Yucin Parkerin şərəfinə "Parker Solar Probe" adlandırılan peyk-zond bundan sonrakı 7 il ərzində Günəş ətrafında 24 dövrə vurmalıdır. NASA alimləri düşünürlər ki, peyk-zond Günəşə 6,1 milyon kilometrlik zonaya qədər yaxınlaşacaq.

Bəşər tarixində indiyədək heç bir peyk və ya zond Günəşə bu qədər yaxınlaşmayıb.


Xəbərə aid video