ABŞın raket gəmisi Qara dənizdə


Digərləri 13 Avq 2018 12:56:00 199 0

ABŞın raket gəmisi Qara dənizdə

ABŞ Hərbi-Dəniz Qüvvələrinin "Tomahawk" və "Harpoon" raket sistemləri ilə təchiz olunmuş gəmisi "USS Carney" Qara dənizə daxil olub.

Son.az oxu.az-a istinadən bildirir ki, gəmi dənizdə təhlükəsizliyin təmin olunması və regiondakı müttəfiq və tərəfdaşların uzlaşmasını möhkəmləndirilməsi üzrə əməliyyat keçirir.

"Carney"in Qara dənizə gəlməsi bizim regionda təhlükəsizlik və sabitliyə sadiqliyimizi nümayiş etdirir. Biz orada olacağımız vaxt tərəfdaş dövlətlərlə uzlaşmanı, həmçinin informasiya və təcrübə mübadiləsini artırmış olacağıq", - deyə Tayson Yanq bildirib.