Alman nazir: "Avropa ABŞ qarşısında diz çökməyəcək"


Dünya 13 Avq 2018 12:44:00 278 0

Alman nazir: "Avropa ABŞ qarşısında diz çökməyəcək"

Almaniyanın iqtisadiyyat və enerji naziri Piter Altmayer ABŞ-ın Türkiyə və Çinə qarşı əlavə gömrük rüsumları tətbiq etməsinə sərt reaksiya göstərib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, nazir ticarət müharibəsinin Avropada iş imkanları və iqtisadi artıma mənfi təsir göstərdiyini bildirib.

"Donald Tramp administrasiyasının Türkiyə və Çinə qarşı əlavə gömrük rüsumları tətbiq etməsi haqsızdır. Bu ticarət müharibəsi həm iqtisadi artımı yavaşıdır, həm də ortaya yeni qeyri-müəyyənliklər çıxarır", - o deyib.