Bakıda evdən 1800 manat pul oğurlanıb


Digərləri 13 Avq 2018 12:17:00 187 0

Bakıda evdən 1800 manat pul oğurlanıb

Bakıda evdən 1800 manat oğurlayan şəxs tutulub.

Son.az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər cinayət məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunan Emin Cabbarov saxlanılıb.