Bu yollarda təmir və rənglənmə işləri aparılır


Digərləri 13 Avq 2018 11:12:00 292 0

Bu yollarda təmir və rənglənmə işləri aparılır

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-12 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Son.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-160-cı kilometrliyində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq.