Jurnalist metroda döyüldü


Digərləri 13 Avq 2018 11:04:00 192 0

Jurnalist metroda döyüldü

Britaniyada naməlum şəxs ABC News-un 29 yaşlı jurnalisti Culiya Makfarleynə hücum edib.

Son.az ABC-yə istinadən bildirir ki, jurnalistin Twitter-dəki mikrobloqunda yazdığına görə, o, qatarın qapısı qarşısında ləngidiyinə görə naməlum kişi ona vumruq vurub.

"Fotoda gördüyünüz insan vaqondan tez çıxmadığıma görə kürəyimə yumruq vurdu, sonra yenə bir neçə dəfə vurmaq istədi. Hadisə Şərqi Kroydonda baş verib. Polis yarlıma gəldi", - jurnalist yazıb. Lakin bir müddət sonra jurnalist həmin tvitləri pozub.

Olay London metropoliteninin "Şərqi Kroydon" stansiyasında baş verib.


Xəbərə aid fotolar