“Dərs evi” yay proqramının iştirakçıları Kapital Bank-da qonaq oldular


Digərləri 13 Avq 2018 10:23:44 183 0

“Dərs evi” yay proqramının iştirakçıları Kapital Bank-da qonaq oldular

Gənclərin inkişafına və təhsilə böyük önəm verən Kapital Bank, “Dərs evi” yay proqramının iştirakçıları üçün bankın İnsan Kapitalı Mərkəzində təlimlər təşkil edib.

Bakı. Gənclərin inkişafına və təhsilə böyük önəm verən Kapital Bank, “Dərs evi” yay proqramının iştirakçıları üçün bankın İnsan Kapitalı Mərkəzində təlimlər təşkil edib. Proqram çərçivəsində 8-11-ci sinif şagirdləri biliklərini möhkəmləndirməklə yanaşı, həm də gələcək peşələri və əmək bazarında olan iri bankla tanış olublar. Görüş zamanı Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova şagirdləri salamlayaraq, onlara proqramı uğurla bitirməyi arzulayıb. Təlim və İnkişaf şöbəsinin hazırladığı təlim proqramı zamanı, şagirdlərə Azərbaycanın bank sistemi, bankların iqtisadiyyatda rolu, bankda aparılan əməliyyatlar, ön ofis və arxa ofis haqqında məlumatlar verilib və onların sualları cavablandırılıb. Layihə çərçivəsində həmçinin iş sahəsi ilə vizual tanışlıq məqsədilə bankın filialına info-tur təşkil edilib və şagirdlər filial şəbəkəsinin fəaliyyət sahələri üzrə məlumatlar verilib.