Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan quşu qanunsuz saxlayan şəxs


Digərləri 13 Avq 2018 09:58:00 284 0

Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan quşu qanunsuz saxlayan şəxs

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları "Heyvanlar aləmi haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reyd keçiriblər.

Nazirlikdən Son.az-a verilən məlumata görə, eyd zamanı Oğuz rayonu Kərimli kəndi ərazisində kənd sakini Elçin Babayevdə qanunsuz olaraq təbiətdən götürülən, Azərbaycanın "Qırmızı Kitabı"na daxil olan qara çalağan quşu aşkar edilib.

Faktla bağlı E.Babayev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.