Tualeti tərtəmiz edəcək SADƏ ÜSUL: Mikrobları da öldürür


Digərləri 13 Avq 2018 05:30:00 390 0

Tualeti tərtəmiz edəcək SADƏ ÜSUL: Mikrobları da öldürür

Bir çoxlarımız sirkənin faydalarını və istifadə qaydalarını bilmirik. Halbuki sirkənin inanılmaz dərəcədə mikrob öldürmə kimi xeyirli təsirləri mövcuddur.

Son.az ailem.az-a istinadən sirkənin bilmədiyiniz istifadə qaydalarını təqdim edir. 

Yabanı otlardan qurtulun

Bağınızda, ya da bitkiləriniz arasında çıxan istənməyən yabanı otlardan qurtulmaq üçün təbii olmayan kimyəvi vasitələrdən istifadə etməkdən vaz keçin. Onun yerinə istənməyən otların üstünə sirkə tökün. Sirkənin içindəki turşu yabanı otların böyüməsinə əngəl olacaq və torpağa da zərər verməyəcək. Bir stəkan sirkəyə bir stəkan su əlavə edin və hazırladığınız qarışımı bu otların üzərinə tökün.

Həmçinin 2 yemək qaşığı sirkə ilə bir çay qaşığı şəkər tozunu qarışdırıb çiçəklərinizin suyuna töksəniz, onların təzələndiyini görəcəksiniz.

Sirkənin evdə istifadəsi

Sirkə sadəcə bağçanızda və ya bitkilərinizdə istifadə etdiyiniz bahalı kimyəvi maddələrin yerini almaqla yanaşı, tualetlərinizi təmizləmək və dezinfeksiya etməkdə də istifadə edilə bilər.