Azərbaycalı gimnast Yelizaveta Luzan: Tamaşaçıların dəstəyi çox kömək edir


Digərləri 13 Avq 2018 00:11:49 308 0

Azərbaycalı gimnast Yelizaveta Luzan: Tamaşaçıların dəstəyi çox kömək edir

Milli Gimnastika Arenasında çıxış etməyi çox sevirəm - burada gözəl atmosfer və böyük zal var

Bakı. Cani Babayev - Milli Gimnastika Arenasında çıxış etməyi çox sevirəm - burada gözəl atmosfer və böyük zal var. Bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin 2003-2005-ci il təvəllüdlü gimnastları arasında halqa ilə hərəkətlərdə birinci, topla hərəkətlərəd isə ikinci yeri tutan "Ocaq Sport" klubunun üzvü Yelizaveta Luzan bildirib. Y.Luzan deyib: "Öz nəticəmlə razıyam, amma daha yaxşı çıxış etmək istərdim. Biraz həyəcanlı idim, tam əmin deyildim, amma özümü toplaya bildim. Tamaşaçıların dətəyi çox kömək edir, onların bizə fəal azarkeşlik etməsi çox xoşdur". Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu günü baş tutub.