Alimlərdən xəbərdarlıq Bu alt paltarları kişilərdə sonsuzluğa səbəb olur


Digərləri 12 Avq 2018 21:40:00 309 0

Alimlərdən xəbərdarlıq  Bu alt paltarları kişilərdə sonsuzluğa səbəb olur

Harvard universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, həkimlərin araşdırmasına əsasən, dar alt paltarları kişilər üçün ziyandır. Məlum olub ki, dar alt paltarı kişilərin cinsiyyət orqanına mənfi təsir göstərir və spermanın keyfiyyətini azaldır.

Lidiya Mingez-Aparkon məsələ ilə bağlı deyib:

"Müşahidələrimiz göstərir ki, bir çox cütlük övlad dünyaya gətirmək problemindən qurtulmaq üçün sadə bir üsuldan istifadə edə bilər: Kişi dar tumanı daha rahat ve genişi ilə əvəz etməlidir".

Müşahidələr göstərir ki, Qərb ölkələrində cütlüklərin 10-15%-i cütlüklərdən birinin sonsuz olması səbəbindən övlad sahibi ola bilmir. Sonsuzluğun bioloji səbəbləri hüceyrə və spermatazoid istehsalını idarə edən genetik mexanizmlərin az tədqiq edildiyi üçün bir çox hallarda naməlum qalır. Son illər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sonsuzluq geniş yayılıb. Alimlər bunu bir sıra sosial və təbii faktorlarla, eyni zamanda ekologiyanın çirklənməsi ilə əlaqələndirirlər.