Məişət tullantıları ilə çirkləndirilmiş ərazi operativ olaraq təmizlənib


Digərləri 12 Avq 2018 18:54:00 290 0

Məişət tullantıları ilə çirkləndirilmiş ərazi operativ olaraq təmizlənib

Nabran ərazisində meşə ətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan və sosial şəbəkədə yayılan video məlumat dərhal Nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyən edilib. Əraziyə baxış zamanı 500 m2 sahənin tullantılarla çirkləndirildiyi faktı təsdiqini tapıb. Zibillik sahə operativ olaraq ETSN-nin əmədaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib.

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və  protokol tərtib olunaraq Nabran bələdiyyəsinin sədri Qutrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan məcburi göstəriş verilib.


Xəbərə aid fotolar