Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 12 Avq 2018 17:35:54 275 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Bakı. Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məıumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-110, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 50-130, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, avqustun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 52 m3/s olmaqla ongünlük normanın 39 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 50 m3/s olmaqla ongünlük normanın 38 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11,5 m3/s təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.