Çin İranda ən böyük neft payına sahib oldu


Dünya 12 Avq 2018 16:53:00 277 0

Çin İranda ən böyük neft payına sahib oldu

Fransanın "Total" neft və qaz şirkəti ABŞ-ın yeni sanksiyalarını əsas göstərərək Fars Körfəzindəki Cənubi Pars Qaz Sahəsindən geri çəkilib.

Son.az bildirir ki, Qafqazinfo-nun TRT-yə istinadən verdiyi xəbərə görə, bundan sonra layihədə 30 faizlik paya malik olan Çin Dövlət Neft Şirkəti (CNPC) "Total"ın layihədəki 50 faizlik hissəsini satın alaraq 80 fazi paya malik olub.

Beləliklə, CNPC şirkəti ən çox paya sahib olub.