Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib


Dünya 12 Avq 2018 13:01:00 250 0

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

86 yaşına altı gün qalmış məşhur yazıçı Vidiadxar Naypol vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, yazıçının həyat yoldaşının yaydığı məlumatda Naypolun ailəsinin yanında vəfat etdiyi bildirilib.

Naypol 1932-ci ildə Trinidad və Tobaqoda anadan olub. 1971-ci ildə "Asılmış vəziyyətdə" (In a Free State) əsərinə görə Buker mükafatını qazanıb. Daha sonra həmin əsər onilliyin ən yaxşı əsər siyahısına əlavə edilib.