Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib


Digərləri 12 Avq 2018 12:34:14 263 0

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

86 yaşına 6 gün qalmış məşhur yazıçı Vidiadxar Naypol vəfat edib

Bakı. Tural Turan - 86 yaşına altı gün qalmış məşhur yazıçı Vidiadxar Naypol vəfat edib. Trend-in məlumatına görə, yazıçının həyat yoldaşının yaydığı məlumatda Naypolun ailəsinin yanında vəfat etdiyi bildirilib. Naypol 1932-ci ildə Trinidad və Tobaqoda anadan olub. 1971-ci ildə “Asılmış vəziyyətdə” (In a Free State) əsərinə görə Buker mükafatını qazanıb. Daha sonra həmin əsər onilliyin ən yaxşı əsər siyahısına əlavə edilib.