Bu gün hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir
Digərləri 12 Avq 2018 10:51:00 275 0
Bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilir
Bakı.
Bu gün hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilir.
Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
Mənbə: az.trend.az