Zaqatalada 28 nəfər helikopterlə təxliyə edilib FOTO


Digərləri 11 Avq 2018 23:39:00 341 0

Zaqatalada 28 nəfər helikopterlə təxliyə edilib  FOTO

Zaqatalada leysan xarakterli yağışlar nəticəsində 28 nəfər nəfər təxliyə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Zaqatala rayonunun Vöhtala kəndi ərazisində köməksiz vəziyyətdə qalmış 28 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin köməkliyi ilə Aviasiya dəstəsinin "Mi-17" helikopterində təhlükəsiz əraziyə köçürülüb.


Xəbərə aid fotolar